Maska fabrikinin işçisində koronavirus tapıldı - Kimlərə satılması araşdırılır

Maska fabrikinin işçisində koronavirus tapıldı -
Tibbi maska istehsal edən fabrikin işçisində yeni növ koronavirus aşkarlanıb.

Gundeminfo.az milli.az-a istinadla bildirir ki, olay Türkiyənin Şanlıurfa vilayətində yaşanıb.

Şanlıurfadakı tibbi maska zavodunun işçilərindən birinin koronavirus testinin müsbət çıxması nəticəsində zavodun bütün işçi heyəti karantinə alınıb. 70 nəfər yaxınlıqdakı tələbə yataqxanalarına aparılıb.

Bundan əlavə, maskaların hansı apteklərə paylanması və kimlərə satıldığı araşdırılır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Türkiyədə 3786 nəfər koronavirus səbəbindən dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
637 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...