Azərbaycanda tibb işçiləri iki aydır maaş almır? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda tibb işçiləri iki aydır maaş almır? -
“Nazirlər Kabnetinin qərarı olmadığı üçün iyul- avqust aylarında koronavirusla mübarizədə iştirak edən tibb işçilərinə əlavə ödəniş verilməyib”.

Bu barədə Redaktor.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

“Nazirlər Kabinetinin iyul ayı üzrə müddətli əlavələrin ödənilməsi ilə bağlı qərarı yoxdur. Bu ödənişlərin verilməsi üçün onların müvafiq qərarı olmalıdır”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, radioloq-həkim Aydın Əliyev özünün Feysbuk hesabında koronavirusla mübarizə aparan tibb işçilərinin iyul ayının maaşını almadıqlarını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...