Şənbə      22 mart 2025     09:48:32  

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq

Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılacaq


Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir.

Bu barədə Yenisabah.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır.

Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...