8 qəsəbədə reyd keçirildi – Abşeronda virus əleyhinə təbliğat davam etdirilib

Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə Mehdiabad,Digah, Məmmədli, Görədil, Fatmayı, Qobu, Hökməli və Güzdək kənd və qəsəbələrinin ərazisində fəaliyyətinə icazə verilmiş ticarət, ictimai-iaşə, məişət və digər növ xidmət obyektlərində növbəti dəfə reydlər keçirilib. Reydlər zamanı sahibkarlara, alıcılara və xidmətdən istifadə edən şəxslərə karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah edilib, icrası məcburi göstərişlər, maarifləndirici tövsiyələr verilib. Satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb.



694 dəfə oxundu