DİM abituriyentləri ən az bal toplayan rayonların adlarını açıqladı
Ötən il I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2 faizi imtahandan “2”, 20.4%-i “3”, 28.3%-i “4”, 11.1%-i isə “5” qiymət alıb.
"Report" xəbər verir ki, 2018-ci ildə bu göstəricilər, uyğun olaraq, 46.4%, 18.4%, 23.6%, 11.7% olub.
Ötən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3” və “4” qiymət alanların faizi artıb, “5” qiymət alanların faizi isə nisbətən azalıb. Qəbul olanların 25.4%-ni “3”, 49.5%-ni “4”, 19.2%-ni isə “5” qiymət alanlar təşkil edib.
V ixtisas qrupu üzrə ərizə verib qəbul imtahanında (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında) iştirak edən abituriyentlərin 62.16%-nin topladığı bal 100-dən aşağıdır. Qəbul olan abituriyentlər arasında 60-dan az bal toplayan yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin çoxunun (62.16%) imtahan nəticəsi 100 və daha aşağı bal intervallarında yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən 100 və daha yuxarı bal intervallarında olub (57.76%).
Ağsu, Göygöl, Samux, Sabirabad, Kürdəmir, Saatlı, Ucar, Şabran, Goranboy, Astara, Ağdaş, Daşkəsən və Şamaxı rayonlarının ötən il məzunlarını təmsil edən abituriyentlərin 20%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub.
741 dəfə oxundu