Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

Gundeminfo.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb. Vurğulanıb ki, Azərbaycan xalqının qürur mənbəyinə çevrilmiş 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq, həmin hadisə təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur.
Rayon rəhbərliyi və tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, Azərbaycanın bütövlüyü və müstəqilliyi uğrunda canından keçən vətən oğullarının məzarları üzərinə qərənfillər düzüblər.
Allah şəhidlərimizi rəhmət eləsin.



579 dəfə oxundu