Əmisi oğlu şəhid oldu, özü isə minaya düşüb ayağını itirdi - FOTOLAR
Minaya düşərək bir ayağını itirən Vətən müharibəsi qazisi Sadıqov Məmməd Vahid oğlu müalicə xərclərinin və digər sosial problemlərinin qarşılanmasını istəyir.
Bu barədə “Qafqazinfo”ya qazinin atası Masallı rayonu, Təzə Alvadı kənd sakini Vahid Məmmədov müraciət edib.
Onun sözlərinə görə, 20 yaşlı qazi müharibə başlanan ərəfədə hərbi xidmətdə olub və üç ay ərzində döyüşlərə cəlb olunub. Dekabrın 4-ü Tərtər istiqamətində minaya düşən əsgərin bir ayağı amputasiya olunub. Bir müddət hərbi hospitalda müalicə aldıqdan sonra dekabrın 29-u 2 ay müddətə evə məzuniyyətə göndərilib:
“Oğlum iki aylıq evə buraxılıb. Amma gələndən onunla heç kim maraqlanmayıb. Hərbi hospitaldan həkim görüntülü danışıb ayağını görmək istəyirdi. Ona görə evə telefon çəkilməsini istədik".
Ata qeyd edib ki, həyətin palçıqlı olması yeriməkdə çətinlik çəkən oğluna əlavə problemlər yaradır: "Bunlarla bağlı icra nümayəndəsinə, poçt idarəsinə müraciət etdik, amma cavab verən olmadı”.
V. Məmmədovun sözlərinə görə, o, öz oğlu ilə bərabər qardaşı oğlu-Səlimov Sənan Nasir oğlunu da cəbhəyə yola salıb və Sənan döyüşlərdə şəhid olub.
805 dəfə oxundu