İslam Universitetinin məzunlarının diplomları nə zaman tanınacaq? - RƏSMİ

İslam Universitetinin məzunlarının diplomları nə zaman tanınacaq? -

Təhsil naziri Emin Əmrullayev Bakı İslam Universitetinin məzunlarına diplomların verilməsi və tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

Oxu.Az-ın məlumatına görə, o, bu barədə özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən universitetlə bağlı məsələ araşdırılır:

“Novruz bayramından sonra araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq”.

“Orada 2000-ci ildən sonra təhsil alan 4000-dən çox tələbə diplom istəyir. Hazırda Dövlət İmtahan Mərkəzi və digər aidiyyəti qurumlarla birlikdə araşdırma aparılır”, - deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...