Qardaşının minaya düşərək ölməsindən nəticə çıxarmadı: Həbs edildi - FOTO

Qardaşının minaya düşərək ölməsindən nəticə çıxarmadı:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs müəyyən edilib.

Bu barədə DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonunun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.

İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərib, polis əməkdaşları tərəfindən onun bu cəhdlərinin qarşısı alınıb. Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...