Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

Bu gün saat 21:00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar.

Saat 22:00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində “Facebook”a məxsus “Instagram” sosial şəbəkəsində və “WhatsApp” messencerinin işində problemlər yaranıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1414 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...