Hədə-qorxu ilə qadının pulunu oğurlayan şəxs saxlanıldı

Hədə-qorxu ilə qadının pulunu oğurlayan şəxs saxlanıldı

Quba Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini olan qadın bir nəfərin hədə-qorxu gəlib ondan 300 manat pul tələb etməsini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Xaçmaz rayon sakini E.Niftəliyev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1291 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...