Şəhid bacısı qardaşının döyüşdüyü səngərə gedib bu görüntüləri çəkdi - Video VIDEO

Şəhid bacısı qardaşının döyüşdüyü səngərə gedib bu görüntüləri çəkdi - Video
Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan kapitan Əsəd Həsənovun ailə üzvləri onun vətən uğrunda canından keçdiyi əraziyə baş çəkiblər.

"Qafqazinfo" xəbər verir ki, Ağdama səfər edən şəhidimizin atası Fərhad Həsənovla bacısı Günay Əsədova hərbçimizin döyüşdüyü səngərdə olublar.

Bu zaman şəhid kapitanın bacısı qardaşının Vətən müharibəsində şücaət göstərdiyi ərazini lentə alıb, döyüşdüyü səngərləri, onun hansı yerdə şəhid olduğunu göstərib.

Günay Həsənova qardaşının şəhid olduğu səngərdən torpaq da götürüb. O bildirib ki, şəhid qanının axan bu torpaqda Xarı Bülbül əkəcək və onu qardaşının məzarı üstünə qoyacaq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...