"18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük"

"18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük"

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, pandemiyanın bitməsi üçün dünya əhalisinin 70 faizi vaksinasiyadan keçməlidir”.

Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib. O bildirib ki, bu, elmi rəqəmlərdir: “Biz əvvəlcə əhalimizin 10 faizini vaksinasiya ilə əhatə edən müqaviləni GAVİ təşkilatı ilə bağlamışdıq. Sonra əhalimizin daha 10 faizini əhatə edə biləcək 4 milyon doza vaksini Türkiyə vasitəsilə Çindən almaqla bağlı müqavilə imzaladıq. Hazırda bu proses gedir. Bu gün yeni 5 milyon dozalıq müqaviləyə əsasən, Azərbaycana Çindən 500 min doza “Coronovac” peyvəndi gətirildi. Bununla da Çindən alacağımız vaksinlərin sayı 9 milyon doza olacaq. Bundan başqa GAVI-dən gələnlər də olacaq. "Sputnik V" vaksinin isə nə vaxt gələcəyi hələ bilinmir. 18 yaşdan yuxarı bütün əhalini vaksinasiya etməyi düşünürük”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...