Qərargah küçədə maska qadağasını nə vaxt ləğv edəcək? - AÇIQLAMA
Havalar istiləşdikcə küçədə maska taxmaq məcburiyyəti ilə bağlı sosial şəbəkələrdə ciddi narazılıqlar səslənir.
Bir müddətdir ardıq sosial şəbəkə üzərindən “nəfəs alaq” həştəqi ilə də maska qadağasına etiraz bildirilir.
Amma hələlik Nazirlər Kabineti yanında Operativ Qərargah açıq havada maska taxmaq məcburiyyəti ilə bağlı qərarına hər hansı bir dəyişiklik edib-etməyəcəyi ilə bağlı rəsmi mövqe bildirməyib.

Səslənən narazılıqlar fonunda hələ də maska məcburiyyəti qüvvədə qalıb. Qeyri-rəsmi məlumatlara görə isə may ayının üçüncü ongünlüyündə küçədə maska taxmaq məcburiyyətinin ləğv olunacağı gözlənilir.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli məsələ ilə bağlı Cebhe.info-ya danışıb.
Müşfiq Məmmədli bildirib ki, bu məsələdə ilk növbədə yoluxma intensivliyinə diqqət edilməlidir:
“Digər diqqət yetiriləsi məqam isə ətrafımızdakıların qorunmasıdır. Diqqət edirsizsə, İsraildə peyvəndlənmədə kifayət qədər rəqəmlər alındıqdan sonra küçədə maska taxmaq məcburiyyəti götürüldü. Vaksinasiyada kifayət qədər rəqəm əldə olunduqdan sonra qadağalar ləğv olundu. Yəni yoluxma ehtimalını azaltmasaq, bütün dünya praktikasında olduğu kimi bizdə də küçədə maska taxmaq məsələsi gündəmdə olmalıdır. Əks halda yenə yoluxma intensivliyi artacaq. Müəyyən fikir ayrılıqları ola bilər ki, küçədə maska taxaq, taxmayaq, bu müzakirələr də gedir. Ancaq biz beynəlxalq praktikaya diqqət etməliyik ki, digər ölkələrdə də küçədə maska taxmaq məqsədəmüvafiq hesab olunursa, səhiyyə avtoritetlərinin də fikirləri üst-üstə düşürsə, biz maska taxmaq məcburiyyətini götürməklə yoluxmanın artmasına gətirib çıxara bilərik. Bununla bağlı konkret mövqeyim ondan ibarətdir ki, vaksinasiya müəyyən bir həddə çatandan sonra o dediyimiz qadağalar aradan götürülsün”.
Deputat sonda əlavə edib ki, maskasız istənilən qapalı məkanda sırf təmas halı- bura restoran da, digər yerlər də aiddir- hər biri risk daşıyır.
852 dəfə oxundu