“Şəhidin qardaşına ikiotaqlı mənzil hədiyyə etmək onlar üçün çətin olmaz” - Deputatdan ÇAĞIRIŞ

Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, nazirliyin şəhidin qardaşına təqdim etdiyi birotaqlı mənzil ikiotaqlı ilə əvəz olunmalıdır: “Bu, qərarı təkbaşına verilə bilmirsə, kollegial şəkildə qərarla verilə bilər. Bütün cəmiyyət bunu yaxşı qarşılayar. Bu barədə adətən mübahisələr olur. Görürsən ki, şəhidə 11 min manat verilən müavinət pulunun kimə çatması, kimlər arasında bölünməsi mübahisə yaradır. Əgər bir ailədə böyüyüblərsə, problem deyil. Qardaşlar ayrı-ayrı böyüyüblərsə, bir az problem yaranır. Uşaq evində böyümələri də belə bir hal yaratdı. Çox həssas mövzudur. Qanunvericilikdə bu məsələ ilə bağlı düzəlişləri də düşünmək lazımdır ki, belə xüsusi hallarda müəyyən şəhid bacı-qardaşları varis kimi rol oynaya bilsinlər”.
T.Kərimli imkanlı şəxslərə də müraciət edib: “Hər şeyi hökumət etməli deyil ki. Düşünürəm, ay Allah, kaş böyük imkanlarımız olardı. Bəlkə, biz də bu uşağa köməklik göstərə bilərdik. Azərbaycanda ürəyi yanan imkanlı insanlar varsa, onlara səslənirəm. Şəhidin qardaşına ikiotaqlı mənzil hədiyyə etmək onlar üçün çətin olmaz”.
446 dəfə oxundu