Moldova Rusiya Evini bağlayır - Peskov dərhal reaksiya verdi

Moldova Rusiya Evini bağlayır - Aleksandr Muntyanunun başçılıq etdiyi yeni Moldova hökuməti ilk iclasında "Rus evi” kimi tanınan Rusiya Elm və Mədəniyyət Mərkəzini bağlamaq qərarına gəlib.

Müvafiq qətnamə yekdilliklə qəbul edilib.

Mədəniyyət naziri Kristian Jardan bildirib ki, mərkəz 1998-ci ildə Rusiya və Moldova arasında mədəni əməkdaşlığı tənzimləyən saziş əsasında açılıb. Sazişin müddəti 2026-cı ilin iyulunda bitir və Kişinyov rəhbərliyi onu yeniləməmək qərarına gəlib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür addımların Moldova vətəndaşlarının zərərinə atıldığını qeyd edib. O əlavə edib ki, Kreml Kişinyovun qərarına təəssüf hissi ilə yanaşır.

///Musavat.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...