Naringi də ucuzlaşıb, qiymət düşüb - ALICI YOXDUR - VİDEO

Naringi də ucuzlaşıb, qiymət düşüb -  Məhsul bol olsa da, xırdalığına görə aşağı qiymətə təklif olunur.

Gundem.info.az xəbər verir ki, bir neçə gündür ki, Astaranın sitrus bağlarında naringi yığımına başlanılıb. Qeyri-sabit hava şəraiti meyvəyə də, məhsuldarlığa da öz mənfi təsirini göstərib. İlk yığımda 1 manat -1,50 manata satılan məhsul indi 0,30-0,70 qəpiyə təklif olunsa da, alıcı yoxdur.

Hazırda bağlarda naringinin tez yetişən sortu olan "karli" yığılır. Fermerlər deyir ki, problemlərdən biri də məhsulu xarici bazarlara çıxartmaqdır.

Məsələ ilə bağlı Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin sədri Etibar Abbasov bildirdi ki, vətəndaşların fərdi yaşayış sahələrində yetişdirdikləri sitrus meyvələrinin daxili və xarici bazarlara çıxarıb satışını təşkil etmək onların səlahiyyətində deyil.

Fermerlər özləri bazarı axtarıb tapır və yetişdirdiyi məhsulu istədiyi yerdə və istədiyi qiymətə sata bilir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
21 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...