Benzin, dizel və maye qaz bahalaşacaq
Azərbaycanda avtomobil benzini, dizel yanacağı və maye qaz üçün tətbiq edilən yol vergisinin məbləği növbəti ildən etibarən əhəmiyyətli dərəcədə artırılacaq.
Bu, Milli Məclisə təqdim olunan Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsində əksini tapıb.
Dəyişikliklərə görə, hazırda hər litr üçün 2 qəpik olan yol vergisi 7 qəpiyə qədər yüksəldiləcək.
Bu, 3.5 dəfə artım deməkdir. Bu nəyin bahalaşması deməkdir?
Bu, yanacaq qiymətlərinin bahalaşması deməkdir. Yol vergisinin artımı benzin və dizelin bahalaşmasına necə təsir göstərir?
Hazırda dövlət benzinin, dizelin və maye qazın hər litrinə görə 2 qəpik yol vergisi alır. Gələn ildən bu məbləğ 7 qəpiyə qaldırılır — yəni 3,5 dəfə çox.
Bu da deməkdir ki:
Benzin, dizel və maye qazın maya dəyəri artacaq,
Yanacaqdoldurma məntəqələri bu artımı istehlakçıya yükləyəcək. Adətən belə olur. Maya dəyəri artanda ilk ağıla gələn qiyməti artırmaq olur.
Bəs bahalaşma nə qədər olacaq?
- Hazırda, məsələn, AI-92 benzinin qiyməti: 1.20 AZN/litr. Yol vergisinin 1 litrə görə 2 qəpikdən 7 qəpiyə qədər artırsa deməli maya dəyərdə 5 qəpiklik bahalaşma yaranır. Azərbaycanda adətən maya dəyəri 5 qəpik bahalaşırsa, məhsulun satış qiyməti 10-10 qqəpik bahalaşır. Deməli 1 litr Aİ92 markalı benzinin qiyməti 1.20+10 = 1.30 qəpiyə qədər bahalaşacaq.
- Eyni qaydada hazırda 1 litr dizelin qiyməti 1 manatdır. 1 AZN+10=1.10 AZN-ə qədər bahalaşma qaçılmazdır.
- 1 litr maye qazın isə qiyməti 60 qəpikdən 70 qəpiyə qədər bahalaşacaq.
"EconomX" Sosial İqtisadi Düşüncə Mərkəzi
BİZİ TELEQRAMDA İZLƏYİN
38 dəfə oxundu













