Vahid Əliyev vəfat etdi

Vahid Əliyev vəfat etdiƏməkdar artist Vahid Əliyev vəfat edib.
Gundem.info.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı məlumat yayıb.
Xatırladaq ki, aktyor bir neçə il öncə infarkt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.
Qeyd edək ki, Vahid Əliyev 7 fevral 1952-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirib.
1975-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrın aktyoru kimi fəaliyyət göstərən Vahid Əliyev 2011-ci ilin mayın Əməkdar artist fəxri adına layiq görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...