Zeynəb Xanlarova 89 yaşında

Zeynəb Xanlarova 89 yaşındaBu gün Azərbaycan musiqi mədəniyyətinin canlı əfsanəsi, SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür.

“Qafqazinfo” xəbər verir ki, sənətkarın bu gün 89 yaşı tamam olur.

Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. O, Bakı Pedaqoji məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Xalq artisti yaradıcılıq yoluna 1961-ci ildə Opera və Balet Teatrının solisti kimi başlayıb. O, Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli kimi yadda qalan obrazlar yaradıb. Zeynəb Xanlarova həm də Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarından biri kimi musiqi tariximizə düşüb.

Dünyanın əksər ölkələrində konsertlər verən sənətkar həm də bir çox mahnıların müəllifidir. Onun haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib. Musiqi fəaliyyəti ilə yanaşı, o, həm də ictimai-siyasi fəaliyyətlə məşğul olub; Azərbaycan SSR Ali Sovetinin və Azərbaycan Milli Məclisinin bir neçə çağırış deputatı seçilib.

Görkəmli sənətkar 1980-ci ildə “SSRİ Xalq artisti” adına layiq görülüb. O, həmçinin müstəqil Azərbaycanın ən ali mükafatları olan “Şöhrət” (1996), “İstiqlal” (2006) və “Heydər Əliyev” (2016) ordenləri ilə təltif edilib. Z. Xanlarovanın iki oğlu, altı nəvəsi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...