Cənub zonasına niyə qatarlar işləmir? – ADY əhalini saymır
“Azərbaycan Dəmir Yolları” QSC isə heç bir izahat vermir və niyə məhz cənub istiqamətində qatarların gedişinin bərpa olunmamasına aydınlıq gətirmir. Sanki belə də olmalıdır. Halbuki istər Gəncə, istər Qəbələ istiqamətində qatarlar hərəkət edir. Nəzərə alaq ki, cənub zonasında əhali sayı çoxdur və tələbat var. Ancaq ADY vətəndaşların çağırışlarını qulaqardı edir.
Bu mövzuda Tribuna.az-a danışan Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu bildirib ki, həqiqətən də cənub rayonlarına qatarların hərəkəti üçün ehtiyac var. Hüquq müdafiəçisi bununla bağlı bölgələrdən müraciətlər daxil olduğunu da qeyd edib. Onun sözlərinə görə, ADY bu istiqamətdə addım atarsa, onminlərlə insanı sevindirmiş olar. Nəzərə almaq lazımdır ki, vətəndaşlar qatarla hərəkət etmək istəyir, xeyli insan yükünü daşımaqda çətinlik çəkir, günün elə saatı var ki, avtobus və ya maşın tapmaq olmur. Həm də demək olar ki, hər yerə qatar varsa, cənub rayonlarına, eləcə də Şirvana da olmasın? Məncə, Dəmir Yolları rəhbərliyi çağırışları nəzərə almalıdır”.
4 dəfə oxundu














