Əfqanıstanda ŞOK QADAĞA: Yüzlərlə alət yandırıldı

Əfqanıstanda ŞOK QADAĞA: Əfqanıstanın Pərvan əyalətində yerli qurumlar tərəfindən müsadirə olunan 500 ədəd musiqi aləti yandırılaraq məhv edilib.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Bununla bağlı, “Yaxşı İşlərə Dəvət və Pis İşlərdən Çəkindirmə” Qərargahının nümayəndələri məlumat veriblər.

Rəsmilərin bildirdiyinə görə, müxtəlif mərasimlərdə, toy və şənliklərdə istifadə olunan alətlər son bir il ərzində sakinlərdən toplanıb.

Qərargahın nümayəndələri bu addımın “əxlaqsızlıqla mübarizə tədbirləri” çərçivəsində atıldığını açıqlayıblar.

Açıqlamada yerli əhali şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməməyə çağırılıb. Son illərdə Əfqanıstanda musiqi və əyləncə sahəsinə tətbiq edilən məhdudiyyətlərin artdığı bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...