Naxçıvanda etiraz - şikayətə gələnləri qovurlar

Naxçıvanda etiraz -Naxçıvan sakinləri yeni səlahiyyətli nüyaməndə Ceyhun Cəlilovun fəaliyyətinə etiraz edirlər. Onlar xüsusilə şikayətçi qəbulundan narazıdırlar.

Gundem.info.az "Gündəlik Naxçıvan"a istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, o, şikayətçiləri qəbul edib problemləri həll etmək yerinə, onların uzaqlaşdırılması barədə tapşırıq verib.

Şərur rayonu Yengicə kənd sakini Günel Əsgərova deyir ki, polis və məhkəmə qanunsuzluğundan şikayət etmək üçün səlahiyyətli nümayəndəyə müraciət etmək qərarına gəlib.

Lakin onu həndəvərə belə buraxmayıblar:
“Polis məni təhqir edərək iki uşağımla birlikdə evdən qovdu, məhkəmə də mülkümün qanunsuz şəkildə əlimdən alınmasına göz yumdu. Kimsəsiz bir ana kimi dəfələrlə müraciət etsəm də, Ceyhun Cəlilov məni qəbul etmədi. Bir neçə məktub yazdım, teleqram vurdum, cavab gəlmədi. Məcbur qalıb görüş almaq üçün Naxçıvan şəhərinə getdim. Görüş nədi, işçilər bir yana, binanın həndəvərinə də buraxmadılar. Dedilər ki, Ceyhun müəllimin tapşırığıdır, o, şikayətçi görmək istəmir. Məni mədəni şəkildə qovub uzaqlaşdırdılar.

Üzümü tuturam cənab prezidentə. Xalqı qəbul edib dərdini dinləməyi özünə sığışdırmayan birini niyə səlahiyyətli nümayəndə təyin etmisiniz? O bizi dinləməyəcəksə, niyə oturub o kresloda? Xahiş edirəm ki, bu məsələlərə bir əncam çəkilsin.”

Babək rayonu sakini R.B. da Cəlilovun qəbuluna buraxılmamaqdan şikayət edir:

“Bu yaxınlarda guya şikayətləri dinləmək üçün rayona gəlmişdi. Əvvəlcədən tərifləyəcək və yüngül problemlər dilə gətirəcək şəxslərin adları siyahıya salınmışdı. Siyahı necə tutulub, kim tərəfindən yazılıb, heç kimin xəbəri olmayıb. Xeyli şikayətçi yığışıb getdik, polislər bizi qovdu ki, siyahıdan kənar heç kim qəbul olunmayacaq.
Predizent Fuad Nəcəflini tənqid edib, onu əvəzləyib ki, guya xalqa gün ağlasın. Ceyhun Cəlilov ondan da betər imiş. Nəcəfli problemi həll etməsə də, yenə də insanları qəbul edib dinləyirdi. Bu isə tapşırıb ki, şikayətçiləri ətrafımdan qovun.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...