İran neft bazarını “silkələyir”: qiymətlər qalxdı
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli neft bazarındakı son proseslərdən danışarkən deyib.
Onun sözlərinə görə, gündəlik və həftəlik dalğalanmalar neft bazarı üçün o qədər də həlledici deyil:
“Əsas göstəricilər rüblük, 6 aylıq, 9 aylıq və illik orta qiymətlərdir. İran ətrafında qeyri-müəyyənlik davam etdikcə bazarda dalğalanmalar qaçılmaz olacaq.
Qiymətlərə təsir edən digər mühüm amil Rusiya neftinin dünya bazarına çıxışında yaranan məhdudiyyətlərdir. Bəzi məlumatlara əsasən, dünya okeanlarında tankerlərdə 35–40 milyon barrelə yaxın Rusiya nefti qalıb və sanksiyalar səbəbindən bu həcmlərin satışı çətinləşib. Bu isə bəzi ölkələrin, o cümlədən Hindistan kimi iri alıcıların neft tədarükündə problemlər yaradır və nəticədə qiymətlərə əlavə təsir göstərir”.
Qeyd edək ki, ötən gün “Brent” markalı neft kəskin bahalaşaraq, 70 dollara qalxıb.
9 dəfə oxundu











