ABŞ Sakit Okeanda narkokuryerləri bombaladı

ABŞ Sakit Okeanda narkokuryerləri bombaladı ABŞ ordusu Şərqi Sakit Okeanda narkotik daşımaqda şübhəli bilinən bir qayığı hədəfə alıb.

Hücum nəticəsində üç nəfər həlak olub. Gundem.info.az xəbər verir ki, bununla da "Cənubi Nizə" əməliyyatında ölənlərin ümumi sayı 148-ə çatıb.

BŞ Cənub Komandanlığı (SOUTHCOM) qayığın məlum "narkotik qaçaqmalçılığı marşrutu" ilə hərəkət etdiyini və narkotik əməliyyatında iştirak etdiyini bildirib və əməliyyatın "ölümcül kinetik hücum" kimi həyata keçirildiyini əlavə edib.
ABŞ Sakit Okeanda narkokuryerləri bombaladı
Komandanlığın sosial mediada yayımladığı mesajda hücumun 20 fevralda Cənubi Nizə Əməliyyat Qrupu tərəfindən həyata keçirildiyi və qayıqdakı şəxslərin "narkotik terrorçuları" kimi təsvir edildiyi bildirilib. Müdaxilə zamanı heç bir ABŞ hərbçisinin zərər görmədiyi qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
19 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...