Azərbaycanda qoyunların sayı niyə azalır? - VİDEO
Gundem.info.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, iqtisadçı Xalid Kərimlinin fikrincə, xırdabuynuzlu heyvanların sayının azalmasının əsas səbəblərindən biri təbii otlaq sahələrinin daralmasıdır. Əkinçiliyin artması və paralelində torpağın şoranlaşması otlaq imkanlarını məhdudlaşdırır. Digər tərəfdən, kənd yerlərində bu sahəyə maraq da əvvəlki kimi deyil.
Mütəxəssis bildirir ki, həmçinin ot bağlamalarının və hazır yemlərin bahalaşması, inzibati və saxlanma xərclərinin artması fərdi ev təsərrüfatları üçün heyvandarlığı çətinləşdirir. Buna görə də, bu sahədə maliyyə imkanları məhdud olan xırda təsərrüfatlar getdikcə azalır. Bütövlükdə bu proseslər bazara yerli heyvan təklifini azaldır
Ekspertlər hesab edirlər ki, yeni otlaq sahələrinin dövriyyəyə cəlb olunması, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının genişlənməsi yerli heyvandarlığın bərpasına təkan verə bilər. Əks halda daxili istehsalın payı azalacaq və bazarda idxaldan asılılıq artacaq.
8 dəfə oxundu














