Atəşkəs şərtlərini açıqladı - Neft ucuzlaşdı

Atəşkəs şərtlərini açıqladı -İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsraillə münaqişənin atəşkəs şərtlərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta ilə telefon danışığında bildirib.

“Hücumların təkrarlanmayacağına dair lazımi zəmanətlər verilərsə, müharibəni bitirmək iradəmiz var”, - o qeyd edib.

Atəşkəs şərtlərinin açıqlanması bazarlara da təsir edib. “Brent” neftinin qiyməti 3 faiz aşağı düşərək, bareli 105 dollardan 103,42 dollara enib, ABŞ-nin WTI nefti isə 101,45 dollar səviyyəsinə geriləyib.

Qiymətlərdəki bu eniş yaranan gərginliyin azalması ilə izah edilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...