DÇ-2026: bütün 48 iştirakçı bəlli oldu
Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub.Axar.az xəbər verir ki, son iki vəsiqəyə Konqo Demokratik Respublikası və İraq seçməsi sahib çıxıblar.
Onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər.
Beləliklə, mundialın bütün 48 iştirakçısı dəqiqləşib.
A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya
B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina
C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti
D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə
E qrupu: Almaniya, Ekvador, Fil dişi Sahili, Kurasao
F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç
G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya
H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde
I qrupu: Fransa, Seneqal, Norveç, İraq
J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya
K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası
L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.
5 dəfə oxundu













