Rauf Arifoğlu çənə əməliyyatı olub?

Rauf Arifoğlu çənə əməliyyatı olub?"Cəbhəçi - Qumçu" ittifaqının xaricdə yaşayan ünsürləri saxta foto yayaraq, əməliyyat olunduğumu "xəbər" veriblər. Öz aralarında da çoxsaylı paylaşım edərək, bunu tirajlamaqdadırlar.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu sosial şəbəkədə yazıb.

"Uzun müddət idi başları özlərinə qarışmışdı; görünür, yenidən ideoloji təxribatlara komanda verənlər var...

Bu saxta foto və məlumata inanan, narahat olan, yazan dostlar, qohumlar tanışlar da var. Bildirirəm ki, heç bir əməliyyat keçirməmişəm, sağlamam, bu saxta və axmaq məlumatı yayan, onlara dəstək olan ünsürlər barədə də bütün platformalarda şikayət etmişəm", - o qeyd edib.

Qeyd edək ki, sosial şəbəkədə R.Arifoğlunun çənə əməliyyatı keçirdiyi ilə bağlı məlumatlar yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...