Ukraynaya 1,4 milyard avro veriləcək - Leyen

Ukraynaya 1,4 milyard avro veriləcək - LeyenAvropa Birliyi Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirdən hesablanan dördüncü yardım tranşını təmin etmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.

"Bu 1,4 milyard avro ən çox ehtiyac duyulan yerlərə yönəldiləcək: Ukrayna dövlətini dəstəkləmək, vacib dövlət xidmətlərini qorumaq və cəsarətli Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək. Ukraynanın qələbəsinə və azadlığına olan sadiqliyimiz sarsılmazdır", - U.Leyen vurğulayıb.

Qeyd edək ki, Avropa Birliyi Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri üzrə nağd qalıqlar üzrə faizlər hesabına 1,4 milyard avroluq əlavə mənfəət əldə edib. Bu aktivlər mərkəzi qiymətli kağızlar depozitariyalarında saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...