ABŞ NATO ölkələrini belə "cəzalandıracaq"

ABŞ NATO ölkələrini belə "cəzalandıracaq"ABŞ onun İrana qarşı hərbi əməliyyatını dəstəkləmədiyinə görə NATO ölkələrini "cəzalandırmaq" planını nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu barədə "Vol Strit Jurnal" qəzeti ABŞ administrasiyasının adları açıqlanmayan rəsmilərinə istinadən məlumat yayıb.

Plana, ABŞ qoşunlarının bəzi ittifaq ölkələrindən çıxarılması, həmçinin ehtimal ki, İspaniya və ya Almaniyada ABŞ bazasının bağlanması da daxil ola bilər.

Eyni zamanda, ABŞ Polşa, Rumıniya, Litva və Yunanıstan kimi ölkələrdə hərbi mövcudluğunu gücləndirə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ölkənin ittifaqdakı rolunu yenidən nəzərdən keçirəcəyini, lakin NATO-dan çıxmaq üçün Konqresin təsdiqinə ehtiyacı olduğunu bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...