Polisin ünvanına söylənilən fikirlər tamamilə həqiqətdən uzaqdır - Baş Polis İdarəsi

İdarədən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, orada adı çəkilən, yaxud səs yazısı olduğu iddia olunan şəxs bölgə rayonlarından birinin polis şöbəsində polis nəfəri olmuş Lətif Hacıyev 2013-cü ildə daxili işlər orqanlarından xaric olunub. Bu məlumat, polis orqanları ilə hər hansı bir dəqiqləşdirmə aparmadan, reallığa uyğun olmayan, qərəzli məlumatların yayılmasına səbəb olub. Qeyd olunanlardan xəbərsiz olan şəxslərin sosial media platformalarında polisin ünvanına söylədiyi fikirlər tamamilə həqiqətdən uzaqdır, faktlar dəlil-sübutlara əsaslanmır:
"Deyilənləri nəzərə alaraq, sosial şəbəkə istifadçilərinə, mətbuat nümayəndələrinə tövsiyə edirik ki, polisin adı hallanan məlumatları hazırlayarkən, dəqiqləşdirmə aparmadan sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi daşıyan məlumatları yaymasınlar".
717 dəfə oxundu