Rus millətçilərinin keçmiş başçısı Ermənistanda sığınacaq tapıb

Rus millətçilərinin keçmiş başçısı Ermənistanda sığınacaq tapıb
Rusiya Federasiyasında qadağan olunmuş “Ruslar Etnosiyasi Birliyi” adlı təşkilatın Kaluqa bölməsinin keçmiş rəhbəri Vitali Şişkin Ermənistanda qaçqın statusu alıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində bildirən rus millətçisi “Rusiyada siyası səbəblərdən təqib olunan siyasətçi olaraq mənə qaçqın statusu verdiklərinə görə Ermənistana minnətdaram” - deyə yazı paylaşıb.

Ermənistan Dövlət Miqrasiya Xidmətindən bu məsələyə dair şərh vermək istəməyiblər.

Qeyd edək ki, bu ilin yanvar ayında Rusiyanı tərk edən V.Şişkin 2014-cü ildə “Qəzəb günü” adlı kütləvi tədbir keçirmək çağırışına görə ekstremizm maddəsilə dörd il həbs cəzasına məhkum olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...