Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd etdi

Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd etdi

Maştağa qəsəbəsində yerləşən Narkoloji Dispanserdə müalicə olunan xəstə özünə qəsd edib.

Oxu.Az xəbər verir ki, 1968-ci il təvəllüdlü Nufoyev İqor Yuryeviç boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı dərhal reanimasiyaya yerləşdirilib. Ona boğazın hər iki nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub.

Hadisənin dəqiq hansı səbəbdən baş veməsi bəlli deyil. Bildirilir ki, İqor Nufoyev uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...