“Heç kəs bir il ərzində həyatın normala dönəcəyini gözləməməlidir”

“Heç kəs bir il ərzində həyatın normala dönəcəyini gözləməməlidir”
“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.

“Gundeminfo”nun verdiyi xəbərə görə, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirusun nə vaxt bitəcəyini dünyada heç kim bilmir: “Mən də bunu bilmirəm. Bu, yeni bir xəstəlikdir, hələ yeni öyrənirik. Amma növbəti bir il ərzində də bu virusu həyatımızda hiss edəcəyik”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç kəs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir:

“Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
732 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...