Azərbaycanda bank kreditlərinə nəzarət yumşaldıla bilər

Azərbaycanda bank kreditlərinə nəzarət yumşaldıla bilər
"Azərbaycanda bank kreditləri ilə bağlı tənzimləyici tədbirlərin yumşaldılması nəzərdə tutulur".

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi videobağlantı formatında iclasda məlumat verib.

Onun sözlərinə görə, bu addım banklara kredit ödənişləri məsələsində yumşaq davranmağa, vətəndaşlara verilən borcları restrukturizasiya etməyə imkan verəcək.

"Bu məsələ İşçi Qrup çərçivəsində nəzərdən keçirilir və qısa müddətdə qərarımızı sizə təqdim edəcəyik”, - deyə M.Cabbarov qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
665 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...