Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı

Gundeminfo.az xəbər verir ki, bu sözləri keçmiş səhiyyə naziri, Haqq Ədalət partiyasının sədri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibəsində Ramiz Mehdiyevlə bağlı sualı cavablandırarkən deyib.
Əli İnsanov Ramiz Mehdiyevin Rusiyanın adamı olduğuna işarə vurub: "Ramiz Mehdiyev hər zaman Rusiyanın tərəfdarı və onunla yaxın münasibətləri olub.Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz”.
740 dəfə oxundu