28 ildə 3 atəşkəs: ermənilərin “sədaqətinə” baxın - FOTOLAR

Axar.az bununla bağlı 3 tarixi və 3 fotonu təqdim edir.
Birinci foto 1992-ci il 21 fevralda çəkilib. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmin gün atəşkəs razılaşması imzalandı.

5 gün sonra - 1992-ci il fevralın 26-sında Xocalı soyqırımı törədildi.

İkinci fakt 1992-ci il 7 maya aiddir. Həmin gün Tehranda İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani, Azərbaycanda prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan atəşkəs imzaladı.
Bir gün sonra – mayın 8-i Şuşa işğal edildi.

Nəhayət, sonuncu fakt və foto 2020-ci il oktyabrın 10-una aiddir. Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə humanitar atəşkəslə bağlı razılığa gəlindi.
Həmin günün gecə saatlarında ermənilər Gəncəyə raket zərbələri endirdi və 9 dinc sakinin ölümü, 34 nəfərin ağır yaralanması ilə nəticələnən terakt törətdi.
687 dəfə oxundu