ADRA qanunları pozub - “Sədərək” də reklanları söküb

K.Qədim Pravda.az-a açıqlamasında deyib ki, Agentlik məhkəmə qərarını pozub.
"Əksinə, bununla artıq bir neçə dəfədir, ADRA əməkdaşları "Sədərək" ticarət mərkəzinə hücum edirlər. Qanunsuz olaraq reklam lövhələrini çıxarırlar, söküb-dağıdırlar. Bununla bağlı məhkəmə qərarı var ki, onlar bu əraziyə girə bilməzlər, ixtiyarları yoxdur. Nə məhkəmə qərarına məhəl qoyurlar, nə də bir şey. Qanunsuz şəkildə ticarət mərkəzinə maddi baxımdan nə boyda zərər dəyib. ADRA mövqe yayıb, bizim də mövqeyimiz var. Əməkdaşlarımız döyülüblər. Sosial şəbəkələr bir zibil məlumat verir, niyə buna istinad edirsiniz? Polisə müraciət olunub, Qaradağ rayon polisi işə qarışıb. Onlardan izahat alınıb. Hamısını ərazidən yığışdırıblar. Şikayətçiyik. Əlimizdə məhkəmə qərarı var. Müəyyən adamlar sosial şəbəkələrdə məlumatı istədikləri şəkildə verirlər", - o bildirib.
3 dəfə oxundu