Şəmşad Ağaya daha bir ağır itki

Şəmşad Ağaya daha bir ağır itki“Meydan TV” işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya ağır itki üz verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə paylaşım edib.

Bildirilib ki, onun bacısı Zəminə Ağayevə vəfat edib.

Xatırladaq ki, ötən ayın 28-də jurnalistin anası, ötən il oktyabrın 12-də isə 18 yaşlı qardaşı qızı Səma Ağayeva dünyasını dəyişmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...