KESZ qrupu Cəbrayılda fəhlələrə görün nə yedirir? VİDEO

KESZ qrupu Cəbrayılda fəhlələrə görün nə yedirir?Cəbrayıl rayonu Sultanlı kəndində tikintidə çalışan vətəndaşlar Gundeminfo-ya müraciət ediblər. Tikintidə işləyən .əxslər iddia edirlər ki, onlara verilən qidalar yararsız vəziyyətdədir. Qaldıqları yerlər antisanitariya vəziyyətindədir.

Məlumata əsasən Cəbrayıl rayonu Sultanlı kəndinin yenidəbqurulması layihəsində işləyən vətəndaşlar dəfələrlə yeməklərin yararsız olması haqqında şikayət etsələr də onlara heç əhəmkiyyət verən olmayıb. KESZ Qrup şirkəti tərəfindən icra edilən layihənin rəhbəri Vüqar Fətəliyevdir. Bundan başqa 19 saylı Təmir Tikinti sahəsi üzrə qidalanmaya cavabdeh şəxs Engin Bakırdır.

Tikintidə işləyən şəxslər bildirir ki, dəfələrlə qidalanma ilə bağlı etiraz etsələr də, heç bir nəticəsi olmayıb.
KESZ qrupu Cəbrayılda fəhlələrə görün nə yedirir?
“KESZ Group Azerbaijan” MMC 24 may 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 min manat olan MMC-nin hüquqi ünvanı Cəbrayıl şəhərində yerləşir. Şirkətin icraçı direktoru Macarıstan vətəndaşı olan Otto İzsodur.

“19 Saylı Tikinti Təmir İdarəsi” MMC isə 13 aprel 2011-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin hüquqi ünvanı Qusar şəhəri, Karl Marks küçəsi ev. 67-də yerləşir. Şirkətin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.

Gundeminfo.com-a daxil olan həmin görüntüləri təqdim edirik. Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


VİDEONU BURAYA TIKLAYARAQ İZLƏYƏ BİLƏRSİNİZ


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...