Maduro istefa verməyə hazırdır

Maduro istefa verməyə hazırdırBildirilir ki, Venesuela prezidenti Nikolas Maduro müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə könüllü olaraq istefa verməyə razı ola bilər.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 6-da mənbələrə istinadən “The Atlantic” nəşri məlumat yayıb.

Nəşr danışıqlara yaxın mənbədən sitat gətirir: “ABŞ ona və yüksək səviyyəli hərbi zabitlərinə səxavətli təzminat versə və təhlükəsiz ölkədən çıxmasına zəmanət versə, Maduro istefaya hazır olacaq”.

Nəşr əlavə edir ki, Maduro ona və yaxın çevrəsinə qarşı sanksiyaların ləğvi, habelə ölkədən təhlükəsiz keçid təminatları müqabilində istefa verməyi nəzərdən keçirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
17 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...