Rusiya Estoniyaya hücum edəcək?

Rusiya Estoniyaya hücum edəcək?
Estoniya Rusiyadan Baltikyanı ölkələrə və ya NATO-ya hücum təhdidi görmür.

Axar.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxna deyib.

"Bu cür açıqlamalar kəşfiyyatın qiymətləndirməsinə uyğun gəlmir. Rusiyanın NATO və ya Baltikyanı ölkələrə hücum üçün qoşunlarını cəmləşdirdiyini və ya hər hansı hərbi hazırlıq gördüyünü müşahidə etmirik”, - deyə nazir bildirib.

Qeyd edək ki, Estoniya Silahlı Qüvvələri Rusiya ilə sərhəd boyunca tank əleyhinə xəndəklər yaradır. Bundan başqa, Finlandiya da 1340 km-lik Rusiya sərhədi boyunca artilleriya sistemləri yerləşdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
7 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...