"Azərbaycanla vahid gömrük sistemi yaratdıq" - İranın Gömrük İdarəsi
!["Azərbaycanla vahid gömrük sistemi yaratdıq" - "Azərbaycanla vahid gömrük sistemi yaratdıq" -](/uploads/posts/2016-10/1477054458_165104_res_01.jpg)
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə İranın Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi" üzrə texniki təminat sənədi imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemə çevirəcək. Bunu APA-ya açıqlamasında İranın Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyan deyib.
"Bu sənədin imzalanması ilə iki ölkə arasında ticarət mübadiləsi asanlaşacaq, gömrük sistemində işlər sürətlənəcək", - deyə M. Kərbasiyan bildirib. İki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsinə toxunan qurum rəhbəri qeyd edib ki, bu, İrana Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı verir. "İki ölkə arasında daşımaların, o cümlədən tranzit daşımalarının həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşdirilməsi olduqca vacibdir", - deyə o bildirib.
O əlavə edib ki, iki ölkə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: "İki ölkənin prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq".
838 dəfə oxundu