Sabah Bakıda 14-16 dərəcə isti olacaq
![Sabah Bakıda 14-16 dərəcə isti olacaq Sabah Bakıda 14-16 dərəcə isti olacaq](/uploads/posts/2015-11/1447321455_e1290ed9bb25e0ce55e3fd3c3b1a79e8.jpg)
Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, gecə saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyinin gündüz arabir güclənəcəyi gözlənilir. Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 14-17 dərəcə, Bakıda gecə 9-11, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 55-65% təşkil edəcək.
Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2-dək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
1045 dəfə oxundu