Azərbaycanda siqaret bahalaşdı - Eksklüziv

Azərbaycanda siqaret bahalaşdı - Bu gün səhər saatlarında ölkə ərqazisində bütün pərakəndə satış yerlərində siqaretlərin qiyməti bahalaşıb. Gundem.info.az xəbər verir ki, siqaretlərin qiyməti 30, 40 və 50 qəpiyə qədər bahalaşıb. Belə ki, dünənə qədər 3.10 AZN-ə satılan " Winchester" markalı siqaretləır 3.40 AZN qədər bahalaşıb. Eyni zamanda "Kent" markalı siqaretlərin qiyməti də 4.20 AZN-dən 4.60 AZN qədər bahalaşıb. Satıcılar bildirib ki, bütün siqaretlərin qiyməti bu gündən etibarən bahalaşıb. Topdansatış mərkəzlərindən isə Gundem.info.az-a bildirilib ki, qiymətlərin artmasına səbəb idxalda tətbiq edilən aksiz vergilərinin yanvarın 1-dən artırılmasıdır.
Qeyd edıək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliyə əsasən tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsulları üzrə aksiz dərəcəsi min ədədə görə yerli istehsal və idxalda 16 manatdan 25,5 manata qaldırılıb.

İstehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər homogenləşdirilmiş və ya bərpa edilmiş, çeynəlilən və ya buruna çəkilən tütünlər üzrə aksizin dərəcəsi hər kiloqrama görə yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...