Əliyevin özəl məşğuliyyəti: Hər gün bunu edir

Əliyevin özəl məşğuliyyəti:  Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının idmana olan maraqlarından danışıb.

Teleqraf xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin də əla formada olduğunu deyib.

“Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuyla mübarizə apardı və yaşlı nəslin şərəfini qorudu. Fiziki cəhətdən güclü olan Azərbaycan Prezidenti İlham Əliyev də var, o, bu işin bilicisi kimi daim məşq edir. Qırğızıstan Prezidenti Sadır Japarov futbol oynayır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də yaxşı formadadır, zalda məşq edir. Ermənistan Baş naziri Nikol Paşinyan velosipedçidir. Belarus Prezidenti Aleksandr Lukaşenko, məlum olduğu kimi, hələ də xokkey oynayır. Tacikistan Prezidenti Emoməli Rəhmon da səhhətindən şikayət etmir, döyüşçü-dənizçi məktəbi keçib. Bütün həmkarlar əla formadadır”, - Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti özü barədə isə bildirib ki, səhhətindən şikayəti yoxdur, 9 kiloqram arıqlayıb, təzyiqinə nəzarət edir, hər gün yoqa ilə məşğul olur, həftədə iki dəfə peşəkar oyunçu ilə stolüstü tennis oynayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
42 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...