Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq uğura imza atıb

Məlumat üçün bildirək ki, İnformatika üzrə Payız Turniri 2001-ci ildən başlayaraq Şumen şəhərindəkeçirilir. 2009-cu ildən etibarən digər ölkələrin məktəbliləri də turnirə qatılmağa başlayıb.
Məktəblimizin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən “Azercell Telekom” MMC-nin də böyük roluvar.Belə ki, şagirdlər Təhsil Nazirliyi və Azercell-in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə Beynəlxalq Olimpiadalara hazırlaşa, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.
Xatırladaq ki, Azercell cari ilin avqust ayında ölkəmizin ev sahibliyi etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasının rəqəmsal sponsoru qismində təmsil olunub. Olimpiadaya Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyəti qatılıb.
710 dəfə oxundu