Gültəkin Hacıbəyli haqda vacib məqam ortaya çıxdı

Gültəkin Hacıbəyli haqda vacib məqam ortaya çıxdı “Gültəkin Hacıbəylinin Türkiyədən deportasiyası, yəni Azərbaycana verilməsi ilə bağlı müxtəlif ittihamlar səsləndirilsə də, məsələ ilk növbədə hüquqi müstəvidə qiymətləndirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu bunu Almaniyada yaşayan tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev deyib.

O bildirib ki, bir dövlətin ərazisində yaşamaq icazəsinə malik olmaq, siyasi sığınacaq üçün müraciət etmiş anlamına gəlmir.

“2 illik (və ya istənilən müddətli) oturum icazəsi immiqrasiya hüququnun inzibati mexanizmidir. Siyasi sığınacaq isə beynəlxalq hüququn və qaçqın statusunun tənzimlənməsi ilə bağlı ayrıca bir institutdur. Bu iki anlayış hüquqi baxımdan bir-birindən tam fərqlənir.

Əgər Gültəkin Hacıbəyli Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etməyibsə, onun başqa bir dövlətin sorğusu əsasında deportasiya olunması mövcud beynəlxalq və milli hüquqi prosedurlar çərçivəsində həyata keçirilmiş addım kimi qiymətləndirilə bilər. Bu halda həmin prosesi avtomatik olaraq insan hüquqlarının pozulması kimi təqdim etmək hüquqi baxımdan mübahisəlidir və əsaslandırılmayıb”.

Hüquq müdafiəçisi qeyd edib ki, bənzər durum vaxtilə Hüseyn Abdullayev məsələsində də müşahidə olunub:

“O da Türkiyədə siyasi sığınacaq üçün rəsmi müraciət etmədiyi üçün nəticə etibarilə Azərbaycana təhvil verilib. Digər tərəfdən, Gültəkin Hacıbəyli Türkiyədə rəsmi şəkildə siyasi sığınacaq üçün müraciət etmiş olsaydı, beynəlxalq hüququn “geri göndərməmə” (non-refoulement) prinsipi əsas götürülərək, onun işi üzrə yekun hüquqi qərar qəbul edilənədək deportasiya edilməsi mümkün olmazdı. Bu səbəbdən sözügedən məsələ emosional yanaşmalar və siyasi simpatiyalar əsasında deyil, qüvvədə olan hüquqi normalar və prosedurlar çərçivəsində dəyərləndirilməlidir”.

Qeyd edək ki, Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli dekarın 1-i səhər saatlarında Azərbaycana deport edilib. O, Türkiyədə 2 illik oturum izni olduğunu bildirərək, deportunun qanunsuz olduğunu iddia etmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...