XİN-də həbslər davam edəcəkmi?

DTX-dan verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilmişdir.
Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur.
DİA.AZ bildirir ki, bu həbsin yeganə səfir həbsi olmyacağı hələ əvvəlindən bəllidir. Buna qədər yerli KİV-də daha bir neçə xarici ölkə təmsilçimizin əskisinin tüstülü olması barədə informasiyalar yayılmışdı. Həmin məlumatlardan aydın olurdu ki, aparılan istintaq araşdırmalarının hədəfində aşağıdakı səfirlərimiz də var:
Elxan Poluxov- Azərbaycanın Braziliya Federativ Respublikasındak səfiri
Elman Abdullayev- Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri
Dursun Həsənov-Azərbaycanın Gürcüstan Respublikasındakı səfiri
Qüdsi Osmanov-Azərbaycanın Moldova Respublikasındakı səfiri
Lətif Qəndilov- Azərbaycanın Belarus Respublikasındakı səfiri
Nərgiz Qurbanova-Azərbaycanın Bolqarıstan Respublikasındakı səfiri
Bünyad Hüseynov-Azərbaycanın İran İslam Respublikasındakı səfiri
Rəhman Mustafayev-Azərbaycanın Fransa Respublikasındakı səfiri
Hidayət Orucov-Azərbaycanın Qırğızıstan Respublikasındakı səfiri
Mahir Əliyev-Azərbaycanın BƏƏ-dəki səfiri
Murad Nəcəfbəyli-Azərbaycanın Estoniyadakı səfiri
Anar Məhərrəmov-Azərbaycanın İspaniya Krallığındakı səfiri
DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, adları çəkilən səfirlərin hər birinin fəaliyyəti ciddi dəqiqliklə araşdırlmaqdadır. Və onlardan bəziləri barədə də qərar verilə bilər.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...
1009 dəfə oxundu